Arxiv

Oxunub:245 / 19 sen 09:05sosial

Qaçqın deputatın qardaşı qanqster rolunda - Təfərrüat - ŞOK FOTOLAR+18

Qaçqın deputatın qardaşı qanqster rolunda - Təfərrüat - ŞOK FOTOLAR+18

Laçının deputatı Mahir Abbaszadə bu günlərdə yaşadığı qaçqın həyatının məşəqqətlərindən danışıb

Millət vəkili çətin şəraitdə 7 nəfərlik ailənin yerləşdiyini və əziyyətlə boya-başa çatıb hər bir övladın karyera qurduğunu, peşəkar mütəxəssisə çevrildiyini qeyd edib.

Politika.Az yada salır ki, deputat qardaşı Zahir Abbasın söyüş və təhqir, hədyan yağdırmaq üzrə mahir kadr olduğunu deməyi unudub.

Millət vəkili xatırlamaq istəməyib ki, qardaşı Z.Abbas sosial şəbəkələrdə deputatı tənqid edənlərə təhqir və təhdidlə cavab verməyi yaxşı bacarır.

M.Abbaszadənin yadından çıxıb ki qardaşının Politika.Az xəbər portalının direktoru Xəyyam Salmanzadəni tənqidi bir sorğunu istinadla saytda yerləşdirməsinə görə ölümlə hədələyib, aşağılayıcı ifadələr işlədib, təhqirə yol verib.

Bu yazışmalar və Z.Abbasın hansı leksikonda danışmasını sübut edən mesajlar portalımızda yerləşdirilib.

Amma deputat qaçqın həyatının çətinliklərindən danışarkən köçkün həyatı yaşayan və şəhid qardaşı olan X.Salmanzadəni təhqir edən “mütəxəssis” qardaşının hərəkətini dilə gətirməyib. Bu da təbii haldır.

Politika.Az olaraq bildirək ki, M.Abbaszadə 12 yaşlı Zümrüdün və onun ailəsinin ağır şəraitdə yaşaması ilə bağlı musavat.com-da gedən reportajdan sonra evlərinə baş çəkib.

Laçından məcburi köçkün olan Cəmilə Məmmədova iki il öncə həyat yoldaşından ayrılıb, qarşı tərəf isə aliment ödəməmək üçün ailəni təhdid edir.

Tənha ana süpürgəçi işləməklə qızlarını böyütməyə çalışır, aldığı 200 manat maaşdan 100 manatını ev kirayəsinə, qalan hissəsini isə kommunal xərclərə verir.

Bu səbəbdən də uşaqların ərzaq ehtiyacını belə, qarşılaya bilmir. Çətinliklə dolanan ailə çörək pulu üçün zibil qutularından sellofan yığıb, satmağa məcbur qalır. Balaca Zümrüd də bu işdə anasına yardım edir.

Deputat Qənirə Paşayeva bu ailəyə sahib çıxıb və dərhal Laçın rayonundan millət vəkili Mahir Abbaszadəyə zəng edib kömək istəyib. O, ailənin köməyinə gələrkən öz qaçqın taleyindən də söz açıb.

Belə ki, evdəki uşaqlara yataqxanada 7 nəfərdən ibarət ailəsi ilə birgə hansı çətinliklər içərisində yaşadıqlarını, dərs oxuduqlarını və bu gün bacı və qardaşlarının uğurlu mütəxəssis olmalarını danışıb.

Politika.Az bildirir ki, amma qardaşı Zahir Abbasın tənqidi bir materialın istinadla təqdim edilməsi üstündə təhqirə, şər-böhtan atmağa keçməsi, baş redaktoru ölümlə hədələməsi heç də ağır şəraitdə böyüdüyünə ehtiva etmir.

Görünür, deputat qardaşı yaşadığı günləri unudub və özünü oliqarx kimi hiss etməyə başlayıb. Və yaxud qardaşının mandatına arxalanaraq mediaya təzyiq edəcəyini düşünür.

Hər halda mətbuata ayda-ildə bir dəfə açıqlama verən M.Abbaszadə yaxşı olar ki qardaşının əməlindən də danışsın və onu qınasın. Bu, millət vəkilinə başucalıq gətirər.

Onu da unudurlar ki, prezident İlham Əliyev müşavirələrdə dəfələrlə məmurlara xəbərdarlıq edib, onları məsuliyyətli olmağa çağırıb, özbaşınalığa, qurdurğanlığa son qoymağı tələb edib.

Amma təəssüf ki, özünü vəzifə adamı kimi yox, kriminal aləmin üzvü kimi aparanar onların fəaliyyətini tənqid edən jurnalistləri təhqir edir.

Politika.Az hər zaman xalqın, dövlətin və prezidentin ümumilli maraqları naminə informasiya siyasətində əks mövqe nümayiş etdirməyib.

Prezidentin daxili və xarici siyasəti həmişə yayımlanan yazılarda dəstəklənib. Lakin deputatın qardaşı Zahir Abbas əməlindən çəkinməyərək növbəti Rasim Əliyev olayını təkrarlamağa gedir.