Arxiv

Oxunub:190 / 31 avq 14:10dunya, gundem

Erməni nazirdən etiraf: əhali sürətlə azalır



Erməni nazirdən etiraf: əhali sürətlə azalır

1990-cı ildə Ermənistanda 80 022 nəfər dünyaya gəlmişdisə, 2014-cü ildə bu göstərici təxminən iki dəfə azalaraq 43 061 nəfər olub.

2001-ci ildə isə il ərzində saya görə ən az körpə (33422 nəfər) doğulub.

AzVision.az `News.am`a istinadən xəbər verir ki, bu barədə Ermənistanda Amerika Universitetində çıxışı zamanı bu ölkənin səhiyyə naziri Armen Muradyan bildirib.

Nazir qeyd edib ki, doğum səviyyəsinin aşağı düşməsi ilə yanaşı Ermənistanda ölüm göstəricisi sürətlə artır. Əgər 1999-cu ildə 21 993 ölüm faktı qeydə alınmışdısa, 2014-cü ildə bu göstərici 27714 olub.

Dünya statistikasına əsasən, ölkə əhalisinin 7 faizindən çoxu 65 yaşdan yuxarı olan ölkələr qocalan ölkələr hesab olunur. Ermənistanda isə bu göstərici 11 faizdir.

Erməni nazirin sözlərinə görə, bu problemi doğum göstəricisini artırmaqla həll etmək lazımdır: “Bu problemi həll etmək üçün hər ailə ən azı 3 uşaq olmalıdır”.