Bia.Az

Bu gündən daha 36 şəhər və rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılır

Cəmiyyət
 1-01-2021, 12:05     319

Bu gündən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılır.


"Report" xəbər verir ki, 2021-ci ilin yanvarın 1-dən ölkənin daha 36 şəhər və rayonu - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul icbari tibbi sığorta sisteminə qoşulub.


Sonuncu, üçüncü mərhələdə, 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.


Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixindən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir.


“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına uyğun olaraq, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.


Prostatit və cinsi zəiflik? - 28 gün ərzində xilas olun

Prostatit və cinsi zəiflik? - 28 gün ərzində xilas olun

Arıqlamaq istəyən bəylərin nəzərinə! Hər gün...

Arıqlamaq istəyən bəylərin nəzərinə! Hər gün...

Parazitlərdən (qurdlardan) necə xilas olmaq olar? - Hər gün...

Parazitlərdən (qurdlardan) necə xilas olmaq olar? - Hər gün...

Hər gün bunu etsəniz qurdlar sürətlə məhv olacaq...

Hər gün bunu etsəniz qurdlar sürətlə məhv olacaq...

Dəridəki qırışları bu vasitə sürətlə yox edir...

Dəridəki qırışları bu vasitə sürətlə yox 

скачать dle 12.1