Bia.Az

Ermənistan ŞOKDA: hektarlarla ərazi və bu stansiya AZƏRBAYCANA QAYTARILIR

Gündəm
 31-12-2020, 01:51     327

Ermənistan Sünik vilayətinin Qarayanc kəndindəki onlarla hektar ərazini və ərazisindəki su elektrik stansiyasını Azərbaycana qaytaracaq.


BİA.AZ xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Gorus şəhər merinin müavini Menya Ovsepyana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, söhbət 30 hektar bağdan gedir.

Bununla yanaşı, Ovsepyan gileylənib ki, Ermənistan hökuməti onlarla əlaqəyə girməyib və yaranmış vəziyyəti izah etməyib.

Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda-Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşir.

Yəni, Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.("Virtual")

скачать dle 12.1