Bia.Az

BAKI YOL POLİSİ və YPX.AZ: #TelefonaYoxYolaBax!

Gündəm
 7-03-2020, 13:20     396

BAKI YOL POLİSİ və YPX.AZ: #TelefonaYoxYolaBax!Ölkəmizdə yol nəqliyyat hadisələrinin azalması yönümündə aidiyyatı qurumlar tərəfindən yetərincə maarifləndirici tədbirlər təşkil edilir.

Biz də YPX.AZ olaraq öz dəstəyimizi vermək məqsədi ilə bu yönümdə maarifləndirici videoçarxlar hazırlayır, məlumatlar dərc edirik ki, sürücülərin sükan arxasında telefon istifadə etmələri məsələsinə diqqət çəkmək istəyirik.

#TelefonaYoxYolaBax layihəsi çərçivəsində artıq bir neçə sosial mesaj videoları hazırlanmış, bu sosial mesajı özündə əks etdirən “sticker”lər dərc edilmişdir. Bu “sticker”lər oxucularımız və sürücülərə istədikləri halda avtomobillərin üzərinə vurmaları üçün onlara təqdim edilir.

Heç kimin gözü yolda qalmasın, bizi gözləyənlər var: #TelefonaYoxYolaBax

Bu layihəmizə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov dəstək verərək öz tövsiyyələrini bildirdi.

Polkovnik Vaqif Əsədovun bizə təqdim etdiyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə bu mövzuda hazırladığı sosial videoçarxı sizlərə təqdim edirik:
скачать dle 12.1