Bia.Az

“Elə rəy yaranıb ki, sanki məşqçilər hər şeyi bilməlidirlər”

Gündəm
 7-03-2020, 12:21     373

“Elə rəy yaranıb ki, sanki məşqçilər hər şeyi bilməlidirlər”“Barselona”nın baş məşqçisi Kike Setyen koronavirusla bağlı sualı cavablandırıb.

bia.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında deyib:

“Koronavirus? Yurgen Klopp bu suala əla cavab vermişdi. Başa düşə bilmirəm ki, bizim bu məsələ ilə bağlı fikirlərimizin hansı qiyməti ola bilər. Elə rəy yaranıb ki, sanki məşqçilər hər şeyi bilməlidirlər. Mən futbolçu vaxtımda yarıboş tribunalar qarşısında oynamışam. Yaranmış bu vəziyyəti izləmək kədərlidir. Amma heç nə bizdən asılı deyil. Hökumət bu məsələdə bizdən nə istəsə, yerinə yetirəcəyik”.

Qeyd edək ki, bugünlərdə Yurgen Klopp koronavirusla bağlı suala belə cavab verib: “Anlamıram, koronovirusdan anlayışı olmayan məşqçilərdən niyə bu haqda soruşurlar”.скачать dle 12.1