Arxiv

Oxunub:336 / 08 sen 13:56gundem, bolge

Prezident Qusardadır – FOTO + YENİLƏNİB



Prezident Qusardadır – FOTO + YENİLƏNİB



















Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də bu münasibətlə keçirilən mərasimdə iştirak edib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verib.

Qeyd olunub ki, layihə çərçivəsində Qusar Sukanal İdarəsi üçün 472 kvadratmetr sahəsi olan yeni inzibati bina tikilib. Binada xidməti otaqlar, iclas zalı, zəng mərkəzi, anbar, informasiya texnologiyaları otağı, digər xidməti və yardımçı otaqlar yaradılıb.

Bildirilib ki, bu layihə Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, layihə çərçivəsində Qusar rayonunun 7 və Quba rayonunun 3 kəndinə içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, layihədən bu kəndlərin 12 min sakini faydalanacaq.

Dövlətimizin başçısına məlumat verilib ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində ölkəmizin 5 şəhərində - Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi tam başa çatıb, hazırda tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq işləri görülür. Qobustan, Xaçmaz və Xızı şəhərlərində isə içməli su və kanalizasiya sistemlərinin inşası təsdiqlənmiş qrafikə uyğun davam etdirilir.

Sonra Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basıb.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

16:08

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun tikintisi layihəsi barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Bu yolun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

Daha sonra dövlət başçısı Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib.

Prezident məktəbin binasının əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxıb.

Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lent kəsib.

Təhsil naziri Mikayıl Cabbarov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Məktəblə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.

15:56

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.


Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB
Prezident Qusardadır – FOTO + YENİLƏNİB