Bia.Az

Tovuzun Ermənistandakı kəndləri qaytarılır? – AÇIQLAMA

Cəmiyyət
 22-12-2020, 09:47     331

Tavuş vilayətinin iki kəndinin Azərbaycana verilməsilə bağlı yayılan xəbərlər yalandır.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyi Tavuş vilayətinin iki kəndindən hərbi hissələrin geri çəkilməsinə dair əmrin verildiyi və bu kəndlərin guya Azərbaycanın nəzarətinə keçəcəyi barədə yayılan məlumatları təkzib edir”, – məlumatda bildirilib.
Qeyd edək ki, bu gün bir neçə Teleqram kanalında Ermənistanın Tavuş vilayətinin iki kəndinin Azərbaycana veriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.qazet.azскачать dle 12.1