Bia.Az

İsmayıllıda hamamda baş verən partlayışda 68 yaşlı kişi yanıb

Bölgə
 6-03-2020, 18:30     380

İsmayıllıda hamamda baş verən partlayışda 68 yaşlı kişi yanıbİsmayıllıda 68 yaşlı kişi yanıq xəsarətləri alıb.

bia.az xəbər verir ki, hadisə İsmayıllı rayonu Sumağalı kəndində baş verib.

Rayonun Sumağalı kənd sakini 1952-ci il təvəllüdlü Bayramov İsrayıl Şahverən oğlu yaşadığı fərdi yaşayış evinin hamam otağında isti suyu açan zaman partlayış baş verib.

Partlayış nəticəsində 68 yaşlı kişi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralı dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona üzün, əllərin, sinə və bədənin müxtəlif hissələrinin termiki yanığı diaqnozu qoyulub. Zəruri tibbi müdaxilələr edildikdən sonra xəstə Bakıda yerləşən ixtisaslaşmış Əziz Əliyev adına Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yanıq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1