Bia.Az

Şərqi Avropada koronavirus sürətlə yayılır

İdman
 6-03-2020, 15:00     352

Şərqi Avropada koronavirus sürətlə yayılırSerbiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“bia.az” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Zlatibor Lonçar açıqlayıb.

“Bizdə koronavirusa ilk yoluxma faktı qeydə alındı. Söhbət 43 yaşlı kişidən gedir. O, özünü yaxşı hiss edir”, - nazir bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 92 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 755-ə çatıb. Bunların 55 662 nəfəri sağalıb, 3 389 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.скачать dle 12.1