Bia.Az

“Paşinyan Azərbaycanla sərhəd müqaviləsi imzalayacaq” - Ermənistan MTX-nın sabiq rəhbəri

Siyasət
 19-12-2020, 18:55     223

"Paşinyan hakimiyyətdən yapışır, çünki hələ də bəzi addımlar atmalıdır. Əsgərləri geri çəkməli, şimalda ən azı 7-8 kəndi Azərbaycana təslim etməli, Vayk bölgəsində, Ararat bölgəsində və əlbətdə ki, Sünikdə təslim olmalıdır".


Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan erməni jurnalistlərə açıqlama verib.

"Bundan əlavə, Paşinyan Azərbaycanla sərhəd müqaviləsi imzalayacaq, niyə də diplomatik münasibətlər qurmayaq. Baş nazir Syunikdə bir neçə yolun, o cümlədən Ermənistanın nəzarətində olmayacaq Azərbaycandan Türkiyəyə qaz kəmərlərinin çəkilməsinə icazə verməyə hazırlaşır.

Paşinyan Türkiyə ilə də diplomatik əlaqələr qurmaq niyyətindədir, yəni Ermənistanı tamamilə dəyişdirir", - deyə sabiq MTX rəhbəri qeyd edib.
 скачать dle 12.1