Bia.Az

Teymur Rəcəbovdan gözlənilməz qərar

Gündəm
 6-03-2020, 13:00     378

Teymur Rəcəbovdan gözlənilməz qərarAzərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu ay Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək İddiaçılar Turnirində iştirakdan imtina edib.

bia.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytı məlumat yayıb.
Rəcəbovun şəxsi səbəblərə görə bu addımı atdığı bildirilib. FİDE Rəcəbovu reytinq siyahısında daha öndə olan fransalı Maksim Vaşye-Laqravla əvəzləyib.

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı.скачать dle 12.1