Bia.Az

PAŞİNYAN ƏLİYEVİN GÖZÜNƏ GÖRÜNMƏK İSTƏMƏDİ - MDB sammiti Ermənistansız keçdi...

Siyasət
 19-12-2020, 15:06     207

Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının onlayn keçirilən zirvə gğrüşündə iştirak etməyib. Onun mətbuat katibi bildirib ki, baş nazir atasının dəfn mərasimində iştirak etdiyinə görə toplantıya qatıla bilməyib. Əslində gətirilən səbəb Ermənistan rəhbərinin iki saat çəkən sammitdə iştirakı üçün əsas ola bilməz. Başqa ciddi səbəblər var.

Şübhəsiz ki, Paşinyan 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış ölkənin lideri kimi bu görüşdə iştirak etməyə psixoloji cəhətdən hazır olmayıb. Onun təxmin etdiyi kimi, Azərbaycan Prezidenti tədbirdə Ermənistan üzərində əldə olunan möhtəşəm qələbədən ətraflı danışıb. Dövlət başçısı erməni ordusunun 80 faizinin məhv edildiyini bildirib: “Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın münaqişənin həll üzrə mövqeyindən çəkilmədiyi təqdirdə bizi erməni tanklarının yaxın zamanlarda Bakının küçələrində olacağı ilə qorxutmağa çalışırdılar. Nəticədə belə də oldu. Sadəcə erməni tankları bizim küçələrdə Azərbaycanın müharibədəki qələbəsinə həsr olunan və dekabrın 10-da keçirilən Zəfər paradında qənimət kimi nümayiş etdirildilər".
İlham Əliyev daha sonra qeyd edib ki, darmadağın edilən ordu Paşinyanın deyil, Köçəryan və Sarqsyanın 20 il ərzində yaratdığı ordudur.
“Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlını Paşinyanın ordusu dağıtmayıb. O, elə bir tapşırıq vermirdi. Birincisi, dağıtmağa artıq heç nə yox idi. Bunların hamısını Köçəryan və Sarqsyan rejimi törədib. Bu adamlar 20 il bizim iclaslarda iştirak edirdilər. Bu adamlar illər boyu mənimlə danışıqlar aparırdı. Biz bilirdik ki, bunların əli azərbaycanlıların qanına batıb. Biz o ərazilərə gələndə onların törətdikləri faciənin bütünlüklə gördük. Bu səbəbdən vəziyyəti öz siyasi məqsədləri üçün istifadə edərək Paşinyana hücum edənlər başa düşməlidir ki, bu onun ordusu deyil, o ordunu yaratmağı çatdırmazdı. Bəli, o lazım olanı etməyib, ancaq 20 il bu ordunu Köçəryan ilə Sarqsyan qururdu. Biz onların ordusunu darmadağın etdik”, - Azərbaycan lideri vurğulayıb.

Nikol Paşinyan zirvə görüşündə iştirak edərdisə, mütləq İlham Əliyevə cavab verməyə çalışacaqdı. Amma məğlub, siyasi böhran içində çabalayan ölkənin lideri nə deyə bilərdi, hansı arqument gətirib məntiqli cavabla vəziyyətdən çıxmağa çalışardı? Görünür, o bu barədə xeyli düşündükdən sonra deməyə söz tapmayıb çıxış yolu kimi tədbirə qatılmamağı üstün tutub. Əlbəttə, bu addımla o, həm də Rusiyaya narazılığını çatdırmaq istəyib. Paşinyan tərəfdarları hesab edirlər ki, Rusiya 44 günlük müharibədə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədi və nəticədə güclü Türkiyə-Azərbaycan ittifaqı qarşısında Ermənistanı tək qoydu. Moskva istəsəydi, müharibəni ilk gündən dayandırıb Ermənistanı belə rüsvayçı məğlubiyyətdən qurtara bilərdi. Amma Putin qəsdən şərait yaratdı ki, Azərbaycan onu əzişdirib haldan salsın, son anda yerdən qaldırıb erməni xalqına Rusiyanı xilaskar kimi təqdim etsin.
Əlbəttə, bunlar rüsvayçı vəziyyətə düşən Paşinyan komandasının özünümüdafiə arqumentləridir. Fakt odur ki, Azərbaycan qısa müddətdə işğalçı ordusunu az itkilərlə darmadağın edib, torpaqların böyük bir hissəsini geri aldı. Arqumentlərin o hissəsi doğrudur ki, Rusiya prosesə müdaxilə edib Ermənistanı xilas etdi. Əks halda, Azərbaycan Ordusu Dağlıq Qarabağın bütün ərazisini işğaldan azad edib 30 illik erməni iddialarına birdəfəlik süpürgə çəkərdi. Bu iş hələlik geosiyasi səbəblərdən ləngisə də, mütləq öz məntiqi sonluğuna çatacaq. Azərbaycan bu prosesə hazırdır.
E. Rüstəmliскачать dle 12.1