Bia.Az

Putinin Qarabağın statusu haqqında dedikləri (YENİLƏNİB)

Siyasət
 18-12-2020, 10:55     266

Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll edilməlidir. Bu barədə Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında bildirib. 

"Biz həmişə, uzun illər boyunca, indi mən mövqeyimizi təkrar edəcəyəm, Dağlıq Qarabağ ətrafında işğal altında saxlanılan yeddi rayonun Azərbaycana qaytarılmalı olduğuna əsaslanmışıq", deyə o bildirib. 

"Dağlıq Qarabağın statusu dəyişməz olaraq qalmalıdır, yəni gələcəyə saxlanmalıdır, Dağlıq Qarabağda status-kvo qalmalıdır, amma mütləq Dağlıq Qarabağ və Ermənistan arasında əlaqə imkanı yaradılmaqla, bunun üçün Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizinin yaradılması nəzərdə tutulurdu", deyə prezident əlavə edib. 

*   *   *

2020 Dekabr 17 (Cümə axşamı) 17:30:38

Putinin Qarabağın statusu haqqında dedikləri

Bakı/17.12.20/Turan: Dekabrın 17-də keçirilən böyük mətbuat konfransında RF prezidenti Vladimir Putin Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandırıb. O, Qarabağın statusu haqqında ikimənalı fikir bildirib. Putin belə deyib: "Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll edilməlidir". Bunu belə şərh etmək olar ki, muxtariyyət qalmalı və gələcəkdə təsdiq edilməlidir. Eyni zamanda, o təkrar edib ki, bu, Azərbaycan ərazisidir.

"Hüquqi olaraq bu, bir məsələdir, birgə yaşayış üçün şərait yaradılması isə başqa məsələ", deyə o bildirib. Nizamlanma ermənilərin Qarabağa qaytarılmasını və onların Laçın dəhlizi vasitəsilə Ermənistanla yerüstü əlaqəsinin təmin edilməsini nəzərdə tutur, deyə o bildirib.
Atəşkəs rejiminin pozulmasına gəlincə, yalnız bir ciddi pozuntu olub, deyən Putin başqa pozuntu olmayacağına ümid etdiyini bildirib.
Rusiya sülhməramlılarının sayının artırılması mümkünlüyü haqqında suala cavabda Putin deyib ki, bu, Azərbaycanın və üçtərəfli sazişin digər iştirakçılarının razılığı ilə mümkündür.

Putin Dağlıq Qarabağda müharibənin kənar qüvvələrin (Türkiyənin) müdaxiləsi səbəbindən baş verməsi haqqında fikri təkzib edib.
"Vəziyyət nəzarətdən çıxmışdı. Bu gərginlik uzun illər boyunca davam edirdi, deyə o qeyd edib. - Bunun kənardan hansısa müdaxilə ilə əlaqədar baş verdiyini düşünmürəm. Dəfələrlə mübahisələr, atışmalar və kiçik qarşıdurmalar olub. Nəticədə bu, münaqişəyə çevrilib". Prezident insan həyatlarının qorunmasını razılaşmaların əsas nəticəsi adlandırıb, digər məsələlər ikinci dərəcəlidir.

Qarabağ üzrə beynəlxalq vasitəçilər sözdən əmələ keçməli və yerli əhaliyə kömək etməli, bunu təkcə Rusiyanın üzərinə qoymamalıdır, deyə Putin qeyd edib. Turan.az
 скачать dle 12.1