Arxiv

Oxunub:289 / 31 avq 10:30sosial, gundem

Dövlət xəstəxanasına giriş üçün pul tələb olunur - Yeni rektorun qaydaları



Dövlət xəstəxanasına giriş üçün pul tələb olunur - Yeni rektorun qaydaları













Tibb Universitetinin Stomatoloji Klinikasına giriş üçün pasientlərdən ödəniş tələb olunur.

Bu barədə AzNews.az-a klinikada bu halla üzləşən pasientlərdən biri məlumat verib. Onun sözlərinə görə, klinikaya giriş üçün xəstələrdən 2 manat tələb olunur. Məlumata görə, bu qayda Tibb Universitetinin yeni rektoru Gəray Gəraybəylinin təyinatından sonra tətbiq olunub.

Bu isə klinikaya müraciət edən xəstələrin narazılığına səbəb olub.
Belə ki, xəstələr dəfələrlə həkimlərə etirazlarını bildirsələr də, şikayətlərini eşidən olmayıb.

Tibb Universitetinin Stomatoloji klinikasının baş həkimi, tibb elmlər namizədi Alqış Səfərov məsələ ilə bağlı AzNews.az-a açıqlamasında faktı təsdiqləyib: “Heç bir həkimin və vətəndaşın ixtiyarı yoxdur ki, xəstəlik vəsiqəsi olmadan həkimə müraciət etsin. 2 manat onun xidmət haqqıdır. Bütün dünyada olduğu kimi bu, Azərbaycanda da var. Bizim klinika Səhiyyə Nazirliyinin nəzdindədir. Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur”.


Dövlət xəstəxanasına giriş üçün pul tələb olunur - Yeni rektorun qaydaları