Bia.Az

"İlham Əliyev Emmanuel Makronun planlarını alt-üst etdi" - Ərdoğan

Siyasət
 11-12-2020, 14:50     277

"Qarabağ Zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb. İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq". 

 “Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


O qeyd edib ki, hazırda regionun 6 ölkəsinin əməkdaşlığını nəzərdə tutan platforma üzərində iş gedir:

 "Bu, hamının qazanmasına imkan verən bir təşəbbüsdür. Ermənistan bu prosesə qatılıb müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər".

R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Fransa ilə bağlı mövqeyinə də diqqət çəkib:

 “Cənab İlham Əliyev mövqeyi ilə Fransa prezidenti Emmanuel Makronun planlarını alt-üst etdi. Makron, bəlkə də, Azərbaycan-Fransa münasibətlərinə son qoyacaq. Bu, siyasi savadsızlıqdır”.скачать dle 12.1