Arxiv

Oxunub:258 / 27 avq 13:57dunya

İŞİD-in uşaq cəlladları kürd əsirləri edam etdilər



İŞİD-in uşaq cəlladları kürd əsirləri edam etdilər
















İŞİD terror qruplaşması sosial şəbəkələrdə Suriyada kürd əsirlərin beş uşaq tərəfindən öldürülməsinin videosunu yayıb.

BBC-nin məlumatına görə, ekstremistlər iddia edirlər ki, uşaqlardan biri Böyük Britaniyadandır.

Qeyd olunur ki, 10-13 yaşlı Əbu Abdullah əl-Britani adlı uşaq əsiri edam edərkən ingilis dilində danışıb.

Digər uşaqların adlarının Əbu İshak Masri, Əbu Abdullah əl-Britani, Əbu Fuad əl-Kürdi, Əbu əl-Bara əl-Tunisi və Yusuf əl-Özbəki olduğu bildirilir.

Qeyd edək ki, İŞİD terror qruplaşması təbliğat məqsədi ilə edam zamanı dəfələrlə uşaqlardan istifadə edib.