Bia.Az

Avropanın 3 böyük ölkəsi İrana qarşı bəyanat verdi - "Yeganə yol budur..."

Dünya
 8-12-2020, 14:34     332

Britaniya, Fransa və Almaniya, İranın əsas nüvə zənginləşdirmə müəssisəsində əlavə inkişaf etmiş sentrifuqaları qurma planının dərin narahatlıq doğurduğu və dünya gücləri ilə 2015-ci ildə imzalanan nüvə anlaşmasına zidd olduğunu bildirib.


"AzPolitika.info" xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda qeyd olunur ki, İran diplomatiya məkanını qorumaq məsələsində ciddidirsə, bu addımları həyata keçirməməlidir.
Birləşmiş Millətlər Təşkilatının atom gözətçisi olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məxfi hesabatında İranın Natanzdakı yeraltı zavodunda inkişaf etmiş IR-2m sentrifuqasının daha üç kaskadını qurmağı planlaşdırdığı bildirilib. 2015-ci il nüvə sazişinə əsasən, Tehran Natanzda yalnız uranı daha yavaş təmizləyən birinci nəsil IR-1 sentrifuqasından istifadə edə bilər.
Bu, Prezident Donald Trampın ABŞ-ı razılaşmadan çıxarmaq qərarına və iqtisadi sanksiyaların yenidən tətbiqinə cavab olaraq İran tərəfindən nüvə razılaşmasının ən son pozuntusudur.
Saziş hazırada İranın nüvə proqramını izləməyin və məhdudlaşdırmağın ən yaxşı və yeganə yoludur.
Üç Avropa dövləti həmçinin açıqlamalarında İranı 2015-ci il müqaviləsini imzalayan digər tərəflər olan Britaniya, Fransa, Almaniya Çin və Rusiya İranı sanksiyalardan azad etmədiyi təqdirdə hökumətin BMT-nin nüvə sahələrindəki yoxlamalarını dayandırmasını tələb edən və uranın razılıqda icazə veriləndən daha yüksək səviyyədə zənginləşdirməsinə icazə verən qanuna görə danlayıb.
Üçlük həmin qanunun rəsmi olaraq Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) olaraq bilinən nüvə razılaşması altındakı öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini deyib. Bu razılıq nəticəsində İranın nüvə proqramına məhdudiyyətlər rətbiq etməsi qarşılığında İrana qarşı sanksiyalar ləğv edilib.
"Belə bir addım Birgə Hərtərəfli Fəaliyyət Planını qorumaq üçün ortaq səylərimizi təhlükə altına qoyacaq və eyni zamanda ABŞ-ın növbəti rəhbərliyi ilə diplomatiyaya qayıtmaq üçün vacib fürsəti əldən vermək riskini daşıyacaq" - deyə bəyanatda qeyd olunur.скачать dle 12.1