Bia.Az

“PAŞİNYAN, İSTƏNİLƏN QARŞIDURMAYA HAZIRDIR...” – Ter-Petrosyan vətəndaş müharibəsi xəbərdarlığı edir

Dünya
 8-12-2020, 14:23     377

Rusiya KİV-nin yazdığına görə, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan dekabrın 6-da «iluk.am» saytında məqalə dərc etdirib.


Yazıda müəllif ölkədə vətəndaş müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib. Ermənistanın eks-liderinin sözlərinə görə, müxalifətin dekabrın 5-dəki mitinqi ölkədaxili ən neqativ situasiyanın yarana biləcəyi barədə onun narahatlığını bir qədər də gücləndirib.

Ter-Petrosyan baş nazir postuna müxalifətin namizədi Vazgen Manukyanın mitinqdə səsləndirdiyi fikirləri və hökumət başçısı Nikol Paşinyanın rezidensiyasının yürüşçülər tərəfindən «yarım saatlıq mühasirəsini» xatırladıb.

«Fəaliyyətdə olan Baş nazirin ritorikası və davranışı onu göstərir ki, Paşinyan öz xoşu ilə istefaya getmək fikrində deyil və istənilən qarşıdumaya hazırdır… Qoy, elə təsəvvür yaranmasın ki, bu məqalə ilə mən, Vazgen Manukyanın əleyhinə çıxış edirəm və guya Nikol Paşinyanın müdafiəsinə qalxıram. Ermənistanın və “Arsax”ın payına düşmüş biabırçı və aşağılayıcı məğlubiyyəti nəzərə alaraq, Paşinyan kabineti ləngimədən və qeyd-şərtsiz getməlidir, ancaq daxili milli toqquşmaların nəticəsində yox, istisnasız olaraq, konstitusion yolla. Ona görə də mən, xalqımızı həm hökumət, həm də müxalifət tərəfindən törədilə biləcək kütləvi təxribatlardan çəkinməyə çağırıram… Ümid edirəm ki, bizim ziyalılar heç olmasa bircə dəfə ayıldıcı çıxış edəcəklər» - eks-prezident yazır.скачать dle 12.1