Bia.Az

Moskvada Rusiya - Ermənistan danışıqları başlayıb

Siyasət
 7-12-2020, 14:29     235

Bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında danışıqlar başlayıb.


“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti bildirib.


Tərəflər arasında ikitərəfli, habelə Avrasiya İqtisadi İttifaqı, KTMT, MDB çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin Dağlıq Qarabağa dair üçtərəfli bəyanatın icrası məsələləri müzakirə olunacaq.скачать dle 12.1