Bia.Az

Azərbaycanda qeyri-adi hadisə: Bir ailənin iki gəlini bir-birinə qoşulub Bakıya qaçdı

Hadisə
 6-03-2020, 11:30     393

Azərbaycanda qeyri-adi hadisə: Bir ailənin iki gəlini bir-birinə qoşulub Bakıya qaçdıCəlilabad rayonunun Təzəkənd kəndində bir ailənin iki gəlini yoxa çıxıb.

bia.az-in verdiyi xəbərə görə, bu barədə onların ailə üzvləri polisə müraciət ediblər.

Gəlinlərin qayınatası və ərlərinin izahatı alınıb. Hazırda gəlinlərin axtarışı davam etdirilir.

Məlumata görə, hadisə ailənin başına artıq ikinci dəfədir gəlir. Belə ki, bir müddət öncə də xanımlar ailəyə xəbər vermədən birlikdə Bakıya gəliblər. Bir neçə gün sonra onlar ərləri tərəfindən tapılaraq evlərinə aparılıb.скачать dle 12.1