Bia.Az

Adolf Hitler seçkilərdə qalib gəlib

Dünya
 3-12-2020, 18:43     332

iyasətçi Adolf Hitler Uunona Namibiyadakı parlament seçkilərdə qalib gəlib.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, fürerin adaşı səslərin 85 %-ni alaraq deputat mandatına yiyələnib.

“Atam mənə bu adamın adını verib. Adolf Hitlerin nəyi təmsil etdiyini başa düşmürdü. Uşaqlıqda adımı tamamilə normal sayırdım. Bu insanın bütün dünyanı ələ keçirtmək istədiyini yalnız yeniyetmə yaşımda başa düşdüm”, - deputat bildirib.

Qeyd edək ki, Namibiya keçmiş alman müstəmləkəsi olub. Ölkə Alman Cənub-Qərb Afrikası adlanırdı. Namibiyada çoxlu sayda alman mənşəli toponimlər var, burada insanlarda alman adlarına tez-tez rast gəlinir.скачать dle 12.1