Bia.Az

Dünyada Covid-19-dan ölənlərin sayı 1.5 milyonu keçdi - Dəhşətli statistika

Cəmiyyət
 3-12-2020, 13:53     355

Dünyada koronavirusdan ölənlərin sayında ciddi artım müşahidə edilir.Musavat.com xəbər verir ki, artıq dünyada koronavirusdan ölənlərin sayı 1.5 milyonu keçib ( indiki göstərici- 1 milyon 500 min 454 nəfərdir).

Yoluxanların da sayında sürətli artım görünür. Belə ki, son 24 saatda dünyada 635 min 269 nəfər koronavirusa yoluxub. Ümumilikdə isə bu say artıq 65 milyona çatmaq üzrədir ( 64 milyon 905 min 71 nəfər). 

İndiyə qədər dünyada koronavirusa qarşı müalicə alaraq sağalan 44 milyon 995 min 429 nəfər var.
 
Hazırda koronavirusa yoluxan xəstələrdən 106 min 677 nəfərinin vəziyyəti ağırdır. 

Dünyada ən çox yoluxma ABŞ-da qeydə alınıb. Son 24 saatda ABŞ-da 203 min 737 nəfər koronavirusa yoluxub, 2 min 833 nəfər isə bu virusdan dünyasını dəyişib. İndiyədək ABŞ-da ümumilikdə yoluxanların sayı 14 milyon 314 min 265 nəfər, ölənlər isə 279 min 867 nəfərdir.скачать dle 12.1