Arxiv

Oxunub:258 / 22 avq 06:18hadise

Cəlilabadda qəza: Sürücü ilə körpə oğlu öldü



Cəlilabadda qəza: Sürücü ilə körpə oğlu öldü

















Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Cəngən avtomobil yolunda qeydə alınıb.

Cəlilabad şəhər sakini, 1979-cu il təvəllüdlü Firdovsi Kəmaləddin oğlu Məlikovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı dərəyə aşıb. Çoxsaylı bədən xəsarətləri alan sürücü və onun 6 aylıq oğlu hadisə yerində ölüblər.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.