Bia.Az

Prezident “Polonez” və “Lora”ya baxdı: düşmənə mesaj... - GƏLİŞMƏ

Siyasət
 5-03-2020, 15:33     410

Prezident “Polonez” və “Lora”ya baxdı: düşmənə mesaj... - GƏLİŞMƏAzərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqlarla təchizatı, təminatı davam edir.

Bu sözləri bia.az-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ötən gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ağstafadakı hərbi hissədə düşməni məhv etmək qabiliyyətinə malik yeni hərbi texnikalara baxış keçirməsinə münasibət bildirərkən deyib.

“Döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək də, ordunu yeni hərbi texnikalarla təchiz etmək də döyüşlərə hazırlıq məqsədi daşıyır. Bu, bir müharibə mesajıdır.

Ali Baş Komandanın cəbhə bölgəsindəki həm Daxili Qoşunların, həm də Müdafiə Nazirliyinin birləşmələrinin hərbi hissələrinin açılışını etməsini ciddi savaş mesajı kimi qiymətləndirmək olar. Yəni hər an bunu gözləmək lazımdır. Nəinki ikinci bir Aprel döyüşləri, hətta irimiqyaslı əməliyyatlar da başlaya bilər”, - general bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Ağstafada “N” saylı hərbi hissəsinin açılışı zamanı ən müasir yeni hərbi texnikalar təqdim olunub.

Prezidentə təqdim edilən silahlar içərisində SPİKE-ER, HAUBİTSA 2A18 D-30, ÖAQ 2S1, YARS BM-21 V qurğuları, 152 millimetrlik DANA M1M, “Ekstra” taktiki raket sistemi, POLONEZ və LORA sistemləri diqqət çəkib.скачать dle 12.1