Bia.Az

"Bu qədər böyük faciənin yaşandığı ölkədə bir həll yolu var" - Ermənistan prezidenti

Siyasət
 30-11-2020, 13:04     245

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın erməni icmasının bir qrup nümayəndəsi ilə görüşdə maraqlı açıqlamalar verib. 

Xatırladaq ki, səlahiyyətləri məhdud olsa da, prezidentin mövqeyi baş nazir Nikol Paşinyanın siyasətindən kəskin fərqlənir. Sarkisyan ölkədəki siyasi böhranın tənzimlənməsi üçün növbədənkənar seçkilərin keçirilməsini təklif edir.
O, Ermənistanın müharibədə ağır məğlubiyyətə uğramasını bir neçə səbəblə əlaqələndirir: "Bir neçə müharibədə məğlub olduq və bütün sahələrdə böhran yaşayırıq. Birincisi, demoqrafik müharibədir. 1994-cü ildəki atəşkəsdən sonra əhalidə artım olmadı. Bir əsgər sərhəddə dayandıqda daim arxasındakılara baxır. Arxasında heç kimin olmaması güclü düşüncəli bir əsgər üçün belə çətindir. Əraziyə insanları yerləşdirmək lazım idi. Azərbaycanlılar və türklər buna ciddi hazırlaşırdılar. Bu müharibə bu gün də davam edir, onlar bizə hücum edirlər. Biz bununla məşğul deyildik, buna görə də məğlub olduq. Bu gün biz Ermənistanda birləşmək əvəzinə bir-birimizə hücum edirik".
Sarkisyan birinci Qarabağ müharibəsində könüllülərdən ordu yaratdıqlarını, ancaq müharibənin sonunda nizami orduya malik olduqlarını xatırladıb: "O dövrdə ordumuz texnoloji baxımdan Azərbaycan ordusundan daha güclü idi. Sonrakı illərdə Azərbaycan güclənmək üçün çox pul xərclədi, amma biz yenə də keçmişin havası ilə yaşadıq, onların bu müharibədə pilotsuz təyyarələri var idi, amma bizdə yox idi".
O bildirib ki, bu qədər böyük bir faciənin yaşandığı hər bir ölkədə bir həll yolu var - buna səbəb olan hökumət getməlidir. 
"Əgər siyasətçi güclüdürsə, daha sonra geri qayıda bilər. Əvvəlki seçkilər iki il yarım əvvəl, ölkə tamamilə fərqli olduqda keçirilib, indi biz başqa bir ölkədə yaşayırıq. Böhranı meydandakı insanların sayı ilə qiymətləndirmək olmaz. İstənilən halda böhranı yalnız meydanda toplananların sayı ilə qiymətləndirmək lazım olduğu ilə razı deyiləm. Meydanda ümumiyyətlə, heç kim yoxdusa, o deməkdir ki, böhran yoxdur? Ermənistanda bütün sahələrdə böhran hökm sürür"-deyə Sarkisyan vurğulayıb.скачать dle 12.1