Bia.Az

“O da hardasa gizlənməli idi” - Paşinyan arvadını müdafiə etdi

Dünya
 27-11-2020, 15:11     332

Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı arvadı Anna Akopyanla bağlı epizoda toxunub.

Keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyan Anna Akopyanın Xankəndində ordunun mərkəzi idarəetmə məntəqəsində olduğunu söyləmişdi.

Paşinyan bu faktı təkzib etməyib. “Əhalinin 70%-nin tərk etdiyi şəhərdə mənim həyat yoldaşım da hardasa gizlənməli idi. O şəxsən əhaliyə su və ərzaq paylayırdı. Onun bu vətənpərvər səylərini niyə mənfi şəkildə işıqlandırmalıyıq?”-deyə Paşinyan müraciətində əlavə edib.

O, Qarabağ döyüşləri zamanı cəmiyyətə yalan xəbərlər verməsi barədə ittihamları rədd edib. Paşinyanın fikrincə, hərbi vəziyyət şəraitində əhalini panikaya salmaq qadağan idi. / Modern.az
скачать dle 12.1