Bia.Az

“HAMI BÖLGƏDƏKİ YENİ REALLIĞA UYĞUN DAVRANMALIDIR” - Ərdoğan Kəlbəcərin azad olunmasından danışdı

Gündəm
 26-11-2020, 14:27     251

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı danışıb. “Haber Global” məlumat verir ki, bu barədə Türkiyə lideri AKP partiyasının iclasında bəhs edib.

O bildirib ki, Dağlıq Qarabağdakı 30 illik haqsızlıq sona çatıb: “Dağlıq Qarabağdakı 30 illik haqsızlığın sona çatmasına töhfə verdik. Erməni işğalı sona çatdı və qalıcı həll üçün ümidlər ilk dəfə artdı. Dünənə qədər görünməyən və açıq şəkildə erməniləri dəstəkləyən Minsk Qrupunun həmsədrinin və bəzi ölkələrin narahatlıqları önəm kəsb etmir”.

Ərdoğan Rusiya prezidenti ilə də Qarabağ mövzusunu müzakirə etdiyini deyib:

 “Dünən axşam cənab Putinlə bu məsələləri müzakirə etmək imkanım oldu. Hansı addımları ata biləcəyimiz barədə danışdıq. Həm dəmir yolu, həm də magistral yolla qərbdən şərqə və şimaldan cənuba nəqliyyat prosesini təşkil edərək azərbaycanlı qardaşlarımızın ən qısa zamanda öz torpaqlarına qayıtmasını təmin edəcəyik”.

Türkiyə başçısı həmçinin bildirib ki, Prezident İlham Əliyev də bu barədə danışıb:

 “Qardaşım İlham Əliyevlə danışdıq və atılan addımları dəyərləndirdik. Kəlbəcər tamamilə təhvil verildi. Azərbaycanlı qardaşlarımızın Kəlbəcərə getmək imkanı olacaq. 30 il gecikmə ilə olsa da Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başladı. Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”.скачать dle 12.1