Bia.Az

Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi

Siyasət
 26-11-2020, 13:28     281

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

"Report"un xəbərinə görə, müvafiq əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.

E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.скачать dle 12.1