Bia.Az

Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağ haqda yenilik

Dünya
 13-11-2020, 14:38     352

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında "Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti" adlı xüsusi bölmə yaradılıb. 

Yenisabah.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yeni bölmədə müvafiq xəbərlər və multimediya materialları, infoqrafik məlumatlar, habelə Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin bölgədə sülhməramlı əməliyyatın aparılması ilə bağlı brifinqlər tirajlanacaq.

Sayt ziyarətçiləri Laçın dəhlizi ərazisindəki Rusiya müşahidə postlarının yerləşdiyi xəritələrə baxa, Qarabağ ərazisindəki vəziyyətlə tanış ola biləcəklər.

Müdafiə Nazirliyi bölmənin Rusiya sülhməramlılarının işi və münaqişə bölgəsindəki vəziyyət barədə müvafiq xəbərlər, foto və video materiallar ilə daim yenilənəcəyini bildirir. Bölməyə mobil cihazlardan da daxil olmaq mümkün olacaq.скачать dle 12.1