Bia.Az

Araik Arutyunyan müraciət yaydı: “Minlərlə hərbçinin ölümü...”

Dünya
 13-11-2020, 14:36     374

Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan növbəti müraciət yayıb. 

Yenisabah.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Araik Arutyunyan bu gün qondarma rejimin “parlament” üzvləri ilə görüşüb.

Görüşdə Qarabağ münaqişəsi, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında imzalanan bəyanat müzakirə mövzusu olub.

“Biz mövcud hərbi-siyasi vəziyyəti və üçtərəfli bəyanatın müddəalarını müzakirə etdik. Bir daha təsdiqlədim ki, Ermənistan Baş nazirinə hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün səy göstərmək barədə müraciət etmişəm”, - deyə separatçı rejimin rəhbəri bildirib.
O əlavə edib ki, hərbi əməliyyatların dayandırılması barədə qərar Ermənistan Silahlı Qüvvələrinin təkidilə hərbi vəziyyət nəzərə alınaraq qəbul edilib.
Araik Arutyunyanın sözlərinə görə, müharibə davam etməsi Xankəndinin süqutu ilə nəticələcəkdi. “Müharibənin davam etməsi Stepanakertin süqutu, digər şəhərlərin, kəndlərin mühasirəyə alınması və minlərlə hərbçinin ölümü də daxil olmaqla daha böyük insan və ərazi itkilərinə səbəb olacaqdı”, - deyə separatçı rejim rəhbəri vurğulayıb.скачать dle 12.1