Bia.Az

"Türkiyənin bölgədə nüfuzu inanılmaz dərəcədə artdı" - “The Financial Times”

Dünya
 12-11-2020, 16:19     443

Azərbaycan-Ermənistan atəşkəs sazişi Moskva və Ankara arasında yeni regional balansı ortaya qoyur. “The Financial Times” qəzetində Henri Foy yazıb ki, atəşkəs Moskva tərəfindən razılaşdırılsa da, Azərbaycanın Türkiyənin dəstəyi ilə qazandığı uğur Ankaranın Qafqaz regionunda nüfuzunu möhkəmləndirir. Kreml isə bu ərazini özünün geosiyasi həyəti hesab edir.
“Geosiyasi nəticələr təkcə Ermənistan üçün deyil, Rusiya üçün də faciəvidir. Rusların müştərisi və müttəfiqi uduzdu. Türkiyənin müttəfiqi qəti qələbə çaldı”.
Bunu isə Rusiyada mənzillənən Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov deyib.
Təhlilçinin fikrincə, acı reallıq ondan ibarətdir ki, Moskvanın trans-Qafqaz regionunda nüfuzu kəskin azaldı, Türkiyəninki isə inanılmaz dərəcədə artdı.
Ankaradakı Bilkent Universitetində beynəlxalq münasibətlər üzrə professor köməkçisi Onur İsçi hesab edir ki, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan Türkiyəni regional qüvvə kimi görür və bundan geri çəkilən deyil: "Türkiyə 1950-ci illərdəki NATO müttəfiqi Türkiyəyə çevrilməyəcək. Düşünürəm ki, Türkiyə özü üçün muxtar yol açmağa çalışır”.скачать dle 12.1