Arxiv

Oxunub:305 / 11 avq 07:12Texnologiya

İnstaqramda möhtəşəm funksiya



İnstaqramda möhtəşəm funksiya















İnstaqram tezliklə "Qaralama kimi saxla" funksiyasını istifadəçilərə təqdim edəcək.

Bia.az Technote-yə istinadən xəbər verir ki, funksiya hazırda test mərhələsindədir və yaxın zamanda istifadəçilər yenilənməni əldə edə biləcəklər.

Əgər siz aktiv İnstaqram istifadəçisinizsə, o zaman bilirsiniz ki, bəzən mükəmməl paylaşım üçün bir paylaşımı bir neçə dəfə silib yenidən paylaşmalı olursunuz. Hal-hazırda alternativ bir variant mövcud deyil və şəkildəki effektləri, şəkili silib yenidən paylaşmadan dəyişmək mümkün olmur. Lakin Instagram, yaxın zamanda təqdim edəcəyi yeni funksiya ilə bu problemi aradan qaldıracaq:

Sınaq rejimi uğurlu keçərsə yaxın zamanda bütün İnstaqram istifadəçiləri bu funksiyadan istifadə edə biləcəklər.