Arxiv

Oxunub:252 / 10 avq 09:32iqtisadiyyat

Elektron ticarətdən vergi tutulacaq



Elektron ticarətdən vergi tutulacaq





















“Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb olunması və transfert qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi məsələsi 3 ay müddətinə öz həllini tapacaq”.

APA xəbər verir ki, bunu bu gün Vergilər Nazirliyində Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatları”nın təsdiqi və vergi inzibatçılığın təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixi Sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyi qarşısında duran vəzifələrə həsr olunmuş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev bildirib.

Onun sözlərinə görə, artıq gələn ildən elektron ticarətin vergiyə cəlb olunması mümkün ola bilər:

“Bu gün elektron ticarət vergidən kənarda qalır. Biz çalışacağıq ki, bütün bu proseslər vergiyə cəlb olunsun”.