Arxiv

Oxunub:273 / 15 avq 11:57gundem, hadise

Sevdiyi qızı başqasına verdilər, özünü asdı - Azərbaycanda



Sevdiyi qızı başqasına verdilər, özünü asdı - Azərbaycanda

Lerik rayonunda intihar hadisəsi baş verib.

Lent.az-ın "report"a istinadən məlumatına görə, rayonun Pirzəküçə kənd sakini, 1993-cü il təvəllüdlü Azər Babulla oğlu Nuriyev yaşadığı evin həyətindəki alma ağacından kəndirlə özünü asıb.

Hadisə səhər saatlarında baş verib. İntihara ilkin səbəb kimi A.Nuriyevin sevdiyi qızın başqası ilə nişanlanması göstərilir.

Hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.