Arxiv

Oxunub:224 / 13 avq 14:18gundem, hadise

Qadın “KamAZ”ın altında qalıb öldü



Qadın “KamAZ”ın altında qalıb öldü

Avqustun 12-də saat 12 radələrində Göygöl rayonunda ağır yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yeni Qızılca kəndində rayon sakini Binəli Tavşanov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən kənd sakini Aytac Abdullayevanı vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.