Bia.Az

Güclü dövlətimiz və rəşadətli ordumuz hər zaman vətəndaşlarımızın arxasındadır - Turani Əliyev

Siyasət
 21-10-2020, 13:44     767

Xalqa əfəndilik etmək yoxdur, xalqa xidmət etmək vardır. Kim xalqa xidmət edə bilərsə, o da xalqa əfəndilik edə bilər. Turani Əliyev Göygöl Rayon İcra Hakimiyyəti başcısının birinci müavini kimi uzun müddətdir ki, rayona rəhbərlik edir. Təbii ki, bu dövrü təhlil etsək, araşdırma aparcaq ki, onun rəhbərlik dövrünü necə qiymətləndirək, düşünürəm ki, bu sualın cavabı barədə baş sındırmaga dəyməz. Sadəcə, necə deyərlər, görünən dağa nə bələdçi?! 

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Liderlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən xalqının istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə, xalqına səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını, onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Turani Əliyevin məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətən naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Turani Əliyevin haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahə üzrə görülən işlərlə az-cox tanış olmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan. Doğrudur, bir şəxs haqqında mükəmməl yazı yazmaq istəyirsənsə, onu tam öyrənməliı, onun həyat yolunu mükəmməl bilməlisən və onu da bilməlisən ki, yazdığın yazıya görə sabah peşman olmayasan, qələminin qarşısında utanmayasan…

Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən məmurdur ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Turani Əliyevi tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

 Artıq hər kəsə bəllidir ki, Turani Əliyev yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Turani Əliyev bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir.

Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Turani Əliyev elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. O da hər kəsə bəllidir ki, Turani Əliyev yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Turani Əliyevə məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir. Turani Əliyev ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi bacarır.

P.S

Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın mənfur düşməndən azad edilməsi üçün işğalçılara bir-birinin ardınca sarsıdıcı zərbələr vurur. Ordumuzun qələbə əzmi erməni işğalçılarını lərzəyə salmaqda davam edir. Hər saat, hər gün uzun illər səbirsizliklə gözlədiyimiz qələbə xəbərlərini alırıq. Rəşadətli ordumuz qısa müddətdə çox mühüm strateji yüksəklikləri, Cəbrayıl şəhərini və rayonun bır sıra kəndlərini, eləcə də Tərtər istiqamətindəki Suqovuşan yüksəkliyini, Talış kəndini, Füzuli istiqamətində bir neçə kəndi işğaldan azad edib. Azərbaycan xalqı Qarabağı mənfur düşməndən azad etmək əzmini və iradəsini ortaya qoyub. İndi heç bir qüvvə bizi bu tarixi mücadiləmizdən çəkindirə bilməz.

Bu sözləri BİA.az-a müsahibəsində Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev  söyləyib.

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan ölkə ziyalısı deyib: “Torpaqlarımızın düşmən işğalından tamamilə azad olunacağı, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, digər yurd yerlərimizdə əzəmətlə dalğalanacağı artıq bir həqiqətə çevrilir. Xalqımızın sarsılmaz birliyi, yüksək vətənpərvərliyi düşmənin rüsvayçı məğlubiyyəti ilə tamamlanacaq. Bizim yolumuz haqq yoludur, torpaqlarımızın düşmən işğalından azad edilməsi yoludur. Bu yolda böyük hünər və cəsarət göstərən ordumuz şanlı tarix yazır. Bu tarixin hər səhifəsi şan və şöhrətlə süslənib”.

O, bildirib ki, döyüş meydanında ciddi məğlubiyyətlərlə üzləşən xain düşmən öz alçaq və barbar xislətini bir daha nümayiş etdirir. Dinc əhalini hədəfə alaraq cəbhəyanı və digər yaşayış məntəqələrimizə intensiv artilleriya və raket zərbələri endirir, beynəlxalq hüququ və konvensiyaları açıq-aşkar tapdalayır. Mülki əhalimiz arasında xeyli sayda ölən və yaralananlar var. Yaşayış binalarına, infrastruktura ciddi ziyan dəyib. Erməni vəhşilərinin bu alçaq hərəkətləri vətəndaşlarımızın dəyanətini əsla sarsıda bilmir.

Turani Əliyev deyib: “Çox təəssüf ki, beynəlxalq təşkilatlar, bəzi dövlətlər baş verən bu vandalizm hərəkətlərini görməməzlikdən gəlirlər. Fransa kimi təcavüzkar dövləti dəstəkləyən qüvvələr özlərinin insanlığa qarşı törətdikləri qırğınları unudaraq, haqq işimizə hər vəchlə mane olmağa çalışırlar. Bu haqq və ədaləti tapdalayanlar unutmasınlar ki, xalqımız mənfur düşməni torpaqlarımızdan birdəfəlik qovub çıxaracaq. Güclü dövlətimiz və rəşadətli ordumuz hər zaman vətəndaşlarımızın arxasındadır, onların həyatlarını etibarlı şəkildə qorumaq qüdrətindədir. Düşmən nə qədər vəhşiləşsə də, heç bir məqsədinə çatmayacaq. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”
BİA.az
скачать dle 12.1