Arxiv

Oxunub:435 / 20 iy 08:52bolge

Siyəzəndə camaat yeni başçıdan narazıdır... - ETİRAZ



Siyəzəndə camaat yeni başçıdan narazıdır... - ETİRAZ

















Siyəzən rayonunda vəziyyət yenidən gərginləşib. Bu barədə gundelik-baku.com-a rayondakı mənbələrdən məlumat daxil olub. Verilən məlumata görə, işsizlikdən və məmur özbaşınalıqlarından əziyyət çəkən insanlar dəfələrlə icra hakimiyyətinin başçısı Asif Hüseynova müraciət etsələr də, qarşı tərəfdən onlara heç bir köməklik edilməyib: «Asif müəllim icra başçısı təyin olunandan sonra Siyəzəndə sosial problemlər daha da dərinləşib. Məsələn, hazırda rayonda fəaliyyət göstərən dövlət idarə və müəssisələrində süründürməçilik halları mövcuddur. Yerli məmurların əhali ilə davranışı istənilən səviyyədə deyil. Rayonda vətəndaş-məmur münasibətləri normal deyil. İcra başçısı rayona gəldiyi andan bir neçə dəfə kabinetindən çıxıb. O vaxtının böyük hissəsini ya iş otağında, ya da Bakıda dostları ilə əyləncə məclislərində keçirir. Başqa sözlə desək, Asif müəllimin Siyəzəndən xəbəri yoxdur. İcra hakiminin qəbul günləri sadəcə olaraq formal xarakter daşıyır. Qəbulu başçının müavinləri aparır. Amma insanlar rayon rəhbərinin özü ilə görüşüb ona dərdlərini demək istəyirlər». Xatırladaq ki, bu ilin əvvəlində Siyəzəndə sosial problemlərə, qiymət artımına görə etiraz edənlər rayon icra hakimiyyətinin qarşısına yığışmışdılar. Sakinlər "Bu günə kimi niyə kömək etmirdin" deyə icra başçısı Asif Hüseynova sual ediblər. İcra başçısı vətəndaşların sualları qarşısında çıxılmaz vəziyyətə düşüb. Məlumat üçün deyək ki, Asif Həbib oğlu Hüseynov 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladığı dövrdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft emalı zavodunda və Sosial inkişaf idarəsində müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri ARDNŞ Sosial inkişaf idarəsinin rəis müavini vəzifəsi olub. 12 oktyabr 2015-ci ildən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısıdır.