Bia.Az

Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI

Sosial
 14-10-2020, 10:52     321

Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin beş ədəd T-72 tankı, üç ədəd BM-21 “Qrad” YARS, bir ədəd “Osa-AKM” ZRK, bir ədəd PDM-2, bir ədəd KS-19 zenit topu, iki ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.скачать dle 12.1