Bia.Az

"Azərbaycan öz torpaqlarında mübarizə aparır” – Erməni tarixçidən AÇIQLAMA - VİDEO

Dünya
 13-10-2020, 10:05     399

Orta Şərq ölkələrinin tarixini araşdıran erməni əsilli Filip Ekozyants öz “YouTube” kanalında ermənilərin yalanlarını ifşa edən video yayımlayıb.
“Ölkə.Az” xəbər verir ki, o, müasir ermənilərin Qarabağdakı münaqişə ilə bağlı açıqlamalarının yalan olduğunu söyləyib.
Video bu cür yalanları yayımlayan məşhur futbolçu Henrix Mkhitaryana cavab olaraq çəkilib.
Tarixçi idmançının “Twitter”dəki paylaşımını Avropa ictimaiyyətinə yönəldiyinə deyib. Mkhitaryan öz paylaşımında Avropaya səslənərək, Qarabağın ermənilərin ərazisi olduğunu iddia edərək, xristian inancını qorumaq üçün onlardan kömək istəyib.
Tarixçi erməniləri lağa qoyaraq: “Əgər ermənilər bir yerdə kilsə tikiblərsə, bu o demək deyil ki, bu torpaq onlara məxsusdur. Başqa xalqlar orada yaşayırsa, gəldikləri yerə geri qayıtmamalıdırlar”,- deyə bildirib.
Tədqiqatçı bu cür açıqlamaların yalan olduğunu qeyd edərək, Qarabağ müharibəsində “xristian dəyərlərindən” söhbət getmədiyini vurğulayıb.
Ekozyants, bu ərazilər uğrunda müharizədə müdafiə oluna bilməyəcəklərinə əmin olduğunu da vurğulayıb.
Tarixçi Azərbaycan hərbçilərinin uşaq bağçalarına hücum etdiyinə dair yayılan xəbərlərin də yalan olduğunu deyib. Bundan başqa o, erməniləri lağa qoyaraq, ironiya ilə "Ermənistan öz şəhəri olan  Bakı yaxınlığında bütün dünyanın xristian dəyərlərini qoruyur",- deyə, qeyd edib.
Sonda Ekozyants dünya ictimaiyyətinin çoxunun Azərbaycanın öz torpaqlarında mübarizə apardığını başa düşür. O, hər kəsi futbolçunun səsləndirdiyi bu cür cəfəngiyatlara inanmamağa çağırıb:
"Qarabağdakı münaqişə ilə bağlı özünüzə və bütün dünyaya yalan danışmayın!"
скачать dle 12.1