Bia.Az

Füzulinin sabiq İH başçısının zabit oğlu şəhid olub - FOTO

Cəmiyyət
 12-10-2020, 01:23     573

Füzuli rayonunun İcra hakimiyyətinin sabiq başçısı Nofəl Qasımovun oğlu şəhid olub. Baş leytenant Səid Qasımlı Hadrut ətrafında gedən döyüşlərdə qəhrəmancasına vuruşarkən canını vətən uğrunda fəda edib. 

Bu barədə sosial şəbəkədəki səhifəsində status yazan MSDM lideri İsa Qəmbər mərhum Səidin atasının Qarabağ müharibəsində iştirakını qeyd edib: "27 il əvvəl aprel günlərində Füzuli şəhərinin ətrafında strateji əhəmiyyətli Məngələnata yüksəkliyini düşməndən təmizləyib Füzulinin təhlükəsizliyini təmin edəndə Nofəl bəy də bizimlə birlikdə idi. Həmin dönəmdə Nofəl bəy Vətən uğrunda çox fədakarlıq göstərib.

Bu gün isə onun oğlu Səid bəy Vətən uğrunda qəhəmanlıqla döyüşüb şəhid olub. Səidin adı, bütün müqəddəs şəhidlərimizin adı şərəfli Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq!"

Allah Səid Qasımlıya və vətən uğrunda canından keçən bütün hərbçilərimizə rəhmət eləsin.

Nofəl Qasımova dərin hüznlə başsağlığı verirlrik.(musavat.com)



скачать dle 12.1