Bia.Az

“İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb” - Maksim Şevçenko

Dünya
 11-10-2020, 17:48     362

“Suriyalı muzdlular Azərbaycanın nəyinə gərək ola bilər axı? Xarici Kəşfiyyat Xidmətinin başçısı Narışkinə sualım var: siz anlamırsınız, yoxsa sizə səhv məlumat verirlər? Yoxsa KTMT üzrə müttəfiq olan ermənilərlə həmrəylik göstərirsiniz? Yoxsa, bəlkə Fransanı elə sevib ki, Makronla birgədir? İlham Əliyev Makrondan faktlar tələb edəndə o, boş-boş danışmağa başlayıb. Çünki belə faktlar ola bilməz”.

 Bunu rusiyalı ictimai-siyasi xadim, jurnalist Maksim Şevçenko söyləyib.

“Azərbaycanlıları zəif, döyüşməyə meyl etməyənlər kimi təqdim etməyə çalışırlar. Ermənilər isə guya döyüşçüdürlər. Görünür, çoxdandır azərbaycanlıları görməyibsiniz. Mən bu illər ərzində Azərbaycanda olmuşam. Azərbaycanda vətənpərvər, savadlı nəsil yetişir. Özü də söhbət sadəcə oğuz türklərindən getmir, bura həm də talış, ləzgi, avar, udin, rus, yəhudi, tatlar da daxildir. Azərbaycanda ümumiyyətlə xeyli xalq yaşayır. Ermənistan isə, misal üçün, monomilli ölkədir. Siz çətin ki, orada jurnalistlərdən başqa əcnəbiləri görərsiniz”, - o bildirib.
M.Şevçenkonun sözlərinə görə, bəzi qüvvələr erməniləri az qala xristianlığın forpostu elan edib:
“Azərbaycan dünyəvi dövlətdir. Ermənilik sivilizasiyası ümumiyyətlə nədən ibarətdir? Qarik Martirosyan? “Naşa Raşa”nın qəhrəmanları? Budurmu müasir erməni mədəniyyəti? Bu sivilizasiyanımı onlar müdafiə edirlər? Fikrimcə, ağıllı, savadlı, sivil ermənilər müharibəyə son qoymaq mövqeyindən çıxış etməlidirlər”.
O, həmçinin Xankəndinin Gəncə və Mingəçevirdən fərqli olaraq hərbi əməliyyatlar bölgəsində olduğunu da vurğulayıb:
“Stepanakert (Xankəndi – red.) hərbi əməliyyatlar zonasındadır. Oranı bilərəkdən vurmurlar. Cəbhə xəttindən Stepanakertə məsafə haubits və ya “Uraqan” və “Qrad”ın atəş distansiyası qədərdir. Stepanakertin çevrəsində xeyli hərbi bölmə var. Oradan atəş açırlar və cavab atəşi də alırlar. Gəncəyə isə, dinc əhaliyə qarşı məqsədyönlü şəkildə zərbə endirilib. Başa düşürsünüz fərqi?
Stepanakert hərbi əməliyyatlar bölgəsindədir. Özü də Azərbaycan rəhbərliyi oradakı dinc əhaliyə müraciət edərək hərbi obyektlərdən uzaq durmağa çağırmışdı. Ermənistan rəhbərliyi isə konkret olaraq Gəncə və Mingəçeviri hədəfə alıb”. /Reportскачать dle 12.1