Bia.Az

Bu gün Ermənistan sözün həqiqi mənasında faşist Ermənistanıdır

Siyasət
 11-10-2020, 15:15     384

Azərbaycan və Ermənistan xarici işlər naziri arasında Moskvada, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən görüşdə əldə olunan razılaşma humanitar xarakter daşıyır və Ermənistan verilən son şansdır.  Humanitar atəşkəsin elan olunması Beynəlxalq Hüququn prinsiplərindən, o cümlədən Haaqa və Cenevrə konvensiyalarının və bu konvensiyalara BMT Baş Assambleyasının əlavə protokollarından irəli gələn addımlardır.

Lakin əldə olunan razılaşmaya baxmayaraq, Ermənistan yenə də atəşkəsi pozmaqda davam edir. Ermənistan Silahlı qüvvələri Azərbaycan Silahlı qüvvələrinin Cəbrayıl, Hadrud və digər bölgələrindəki mövqelərinə hücum etməyə cəhd göstəriblər. Düçmən ağır itgi verərək geri çəkilib. Humanitar atəşkəsi pozan təcavüzkar Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan, döyüş zonasından 60 km uzaqlıqda olan Gəncə şəhərində növbəti dəfə əhalinin sıx məskunlaşdığı yaşayış hissəsini atəşə tutub. Dinc əhali arasında çoxlu sayda ölən və yaralananlar vardır. Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı Soyqrımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır.

Bu mənfur vəhşilik Ermənistanın terror dövləti olmasını və heç bir insani-humanitar normalara hörmət etmədiyini bir daha sübut edir. Fakt budur ki, şanlı Azərbaycan Ordusunun Qarabağ cəbhəsində zəfər, qalibiyyət yürüşü qarşısında aciz və çarəsiz qalan Ermənistanın silahsız və dinc insanlara gecə yuxuda olarkən raketlə hücum etməsi Azərbaycan xalqının mübarizlik ruhunu sarsıtmadı, əksinə, daha da artırdı. Bu hücum bir daha bütün dünyaya Azərbaycanın haqlı mübarizə apardığını, Ermənistanın müharibəni də ən qeyri-insani şəkildə apardığını açıq-aydın göstərir, isbatlayır və dəfələrlə sübuta yetirilib. İşğaçılar indi də öz güclərini dinc əhaliyə qarşı göstərməklə etiraf edirlər ki, onlar üçün “humanitar” kəlməsi, ümumiyətlə, mövcud deyil. Bu gün Ermənistan faşist Ermənistanıdır və onlar atəşkəs razılaşmasından istifadə edərək yenidən havadarları tərəfindən silahlanmağa başladılar. Artıq nüfuzlu təşkilatlar, beynəlxalq qurumlar birmənalı şəkildə bu vəhşiliyi pisləyən bəyanatlar verməlidirlər. Təəssüf ki, hələ də susurlar və ermənilərin azərbaycanlılara qarşı açıq-aşkar soyqırımı siyasəti aparmasına kar, kor və lal qalırlar

Ancaq söz yox ki, düşmən törətdiyi bütün cinayətlərinə görə cavab verəcək.  Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın qələbə bayrağı bütün işğaldan olunmuş ərazilərində dalğalanacaq: “Biz haqq yolundayıq və mübarizəmiz də haqlı mübarizədir. Qarabağ Azərbaycandır!

Tural HÜSEYNLİ,
iqtisadcı, Nəsimi rayonu.
скачать dle 12.1