Bia.Az

Hikmət Hacıyev düşmənin hücum cəhdi ilə bağlı paylaşım etdi

Siyasət
 10-10-2020, 23:25     236

Ermənistan qoşunları Moskvada razılaşdırılmış humanitar atəşkəsi pozub.


BİA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tvitter hesabında paylaşım edib. 

“Bu gün Ermənistanın Silahlı Qüvvələri Moskvada razılaşdırılmış müvəqqəti humanitar atəşkəsi pozaraq Azərbaycanın Silahlı Qüvvələrinin Cəbrayıl və Hadrut bölgələrindəki mövqelərinə hücum etməyə cəhd göstəriblər.

Düşmən ağır itkilər verib və geri çəkilib”, - deyə H.Hacıyev qeyd edib.скачать dle 12.1