Bia.Az

Cəmi 10 dəqiqəyə İrəvanı darmadağın edəcək RAKETLƏRİMİZ

Cəmiyyət
 8-10-2020, 22:52     354

Ermənistan ordusu Azərbaycanın mülki əhalisini hədəfə götürməyə davam edir. Ermənistan ərazisindən atılan artilleriya mərmiləri onlarla insanın həyatına son verib. Düşmən bir qədər də azğınlaşaraq, Azərbaycanı “İsgəndər” raketləri ilə hədələyir. 

Bəs, “İsgəndər” bu müharibənin gedişatını dəyişə bilərmi?
Bu barədə Redaktor.az-a müsahibəsində "Legion" hərbi vətənpərvərlik klubunun rəhbəri, hərbi ekspert Abuzər Əbilov bildirib ki, "İsgəndər"in  Ermənistana satılmış variantı “E” (Eksport) - "İsgəndər-E"dir:
“Bu variant 280 km dan artıq uçuş məsafəsinə malik deyil. Kompleksin atəşə  hazırlanması üçün 20 dəqiqə lazımdır. Və bu kompleks atəş zamanı məhz bir raket ata bilir. İkinci raket isə bundan sonra atıla bilər.
Son illər Azərbaycan bir sıra müasir silah və sursatlar sırasında Belarusiyadan "POLONEZ" yaylım atəş sistemi və İsrail istehsallı “LORA” raketləri əldə edib. Bu raketlər böyük dağıdıcı gücə malikdir və istənilən düşmən hədəfini vura bilər.
LORA" raketinin çəkisi 1580 kq-dır. Maksimal atəş uzaqlığı 300 km-dan çoxdur. Döyüş başlığının çəkisi 240 kq-dır. Məhvetmə radiusu 100 metrdir. Döyüş maşınında 4 raket konteynerdə yerləşir. 13 dəqiqə içində atəşə hazır ola bilir. Raketin unikallığı da odur ki, uçuş zamanı çətin manevrlər edərək ,trayektoriyanı dəyişməklə HHM kompleksləri üçün əlçatmaz olur. Bu funksiya həm proqramlaşdırılmış, həm də raketin özünün seçimi vasitəsi ilə aparılır”.
 “Polonez" isə yüksək sürətə malik ballistik raketlərdir. Bir maşın 8 belə raket buraxa bilir ki, raketlərin hər biri fərqli hədəflərə tuşlanmaq xassəsinə malikdir. Bir raketin məhvetmə qabliyyəti 275 kv.m dir.  “Polonez"in atəş uzaqlığı 299 km-dir. Raketin çəkisi 780 kq-dır. Döyüş başlığının çəkisi 140 kq-dır. Atəşə hazırlıq üçün heyətə 10 dəqiqə lazımdır.
"İsgəndər" bütün parametrlərinə görə Azərbaycanın silahlanmasında olan raketlərdən geri qalır. Təkcə döyüş başlığının çəkisinə görə irəlidədir".


скачать dle 12.1