Bia.Az

XOCALI FACİƏSİ YAD OLUNDU

Gündəm
 2-03-2020, 12:28     493

XOCALI FACİƏSİ YAD OLUNDUAbşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Mehdiabad qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə Mehdiabad qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Şəhidlərin ruhuna dua oxunduqdan sonra Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və qəsəbə ictimaiyyətinin nümayəndələri Mehdiabad qəsəbəsinin mərkəzində yerləşən Şəhidlər Xiyabanın önünə gül dəstələri qoyub, Vətənin azadlığı uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra qəsəbədəki mərasim evində anım tədbiri keçirilib.
Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Qəsəbə ərazisində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş olunub, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.
Sonda isə Xocalı soyqırımı zamanı həlak olanlar üçün ehsan süfrəsi təşkil olunub.
Biz də ATA TV.az xəbər agentliyi olaraq bu tədbirə qoşulmuşduq və sona kimi tədbiri izlədik.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Ruhları şad olsun.
Amin !
ABİL İSLAM
ATA TV.az xəbər portalının direktoru.

Fotolar müəllifidir.

Videoçəkiliş rəhbərimiz RASAFİL BAYRAMOVA məxsusdur

XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
XOCALI FACİƏSİ YAD OLUNDU
скачать dle 12.1