Arxiv

Oxunub:162 / 09 iy 08:42Texnologiya

“Facebook”dan yeni təhlükə - hesablar ələ keçirilir



“Facebook”dan yeni təhlükə - hesablar ələ keçirilir














“Facebook”da hesabları ələ keçirən yeni virus aşkarlanıb. Spamın köməkliyi ilə yayılan zərərverici proqram qısa müddət ərzində sosial şəbəkədə minlərlə istifadəçinin hesabını ələ keçirib.

Bu barədə publika.az-a Elektron Təhlükəsizlik Mərkəzindən məlumat verilib.

Hakerlər ələ keçirdikləri profil şifrələrini LİKE "alveri" üçün istifadə edirlər. Hücum 24 iyun tarixindən başlayıb. Virus “Google Chrome” və “Windows” istifadəçiləri üçün təhlükə yaradır. Artıq bir neçə saat ərzində 10.000-dən çox istifadəçi bu hücumun qurbanı olub. Hücumun ssenarisi 2 mərhələyə bölünür. Birinci mərhələ istifadəçinin haker tərəfindən “Facebook” vasitəsilə göndərdiyi məktubu alması və oradakı linki klikləməsi ilə başlanır. Məktubda istifadəçinin adının şərhlərin birində qeyd edildiyi bildirilir. Göndərilən məktub elə görünür ki, guya onu dostluğunuzda olan biri göndərib.

Yükləndikdən sonra 2-ci mərhələ işə başlayır. Troyan virusu gizlicə şifrələri oğurlayan “Google Chrome” əlavəsini yükləyir və kompüterə yerləşdirir. “Chrome” əlavəsi istifadəçinin bir də “Facebook”a daxil olmasını gözləyir və onu yenidən giriş etməyə məcbur edir. Daxil edilmiş istifadəçi adı və şifrəsi hakerlərə məxsus serverlərə göndərilir. Şifrə və logini əldə etdikdən sonra hakerlər “Facebook”da istifadəçinin adından fəaliyyət göstərə bilərlər. Əksər zərərçəkənlər Braziliya və Cənubi Amerika ölkələrində olan istifadəçilərdir.