Bia.Az

Tehran ermənilərə dəstəyini davam etdirir - Fars-molla rejiminin də ağzı ovulmalıdır

Gündəm
 3-10-2020, 23:34     350

“Bölgədə güclü və inkişaf etmiş Azərbaycanın mövcudluğu İranın maraqlarına uyğun deyil. Hətta Qarabağ müharibəsinin ilk illərində də İrandan Ermənistana yanacaq ötürülməsi faktları olub. Digər bir fakt isə, erməni hərbçilərinin İranda müalicə alması olub. İranla bağlı belə iddialar çox olub. Son döyüşlərdən sonra İran ərazisindən Ermənistana hərbi sursat və hərbi texnikanın keçirilməsinə gəldikdə isə, bu İran və Rusiya münasibətləri çərçivəsində baş verən hadisədir”.

Bunu “Hürriyyət”ə açıqlamasında siyasi şərhçi Şahin Cəfərli İranın Ermənistana hərbi sursat aparılmasıyla bağlı yayılmış görünütülərə münasibət bildirərəkən deyib. O, İranla Rusiya arasında Orta Şərqdə, xüsusilə Suriyada əməkdaşlıq olduğunu bildirib:

“Əslində, İranın Azərbaycana münasibətində hansısa fövqəlada hadisə baş verməyib. Yəni İran Azərbaycanın müstəqiliyinin ilk illərindən soyuq münasibət göstərib. Hətta Azərbaycan müstəqilliyini elan etdikdən sonra, ilk həftələrdə İran Azərbaycanı tanımağa tərəddüd edib. Azərbaycanı ilk tanıyan dövlətlərin siyahısına nəzər salsanız görərsiniz ki, ilk onluq İran dövləti yoxdur.

İran dövləti bir qədər gözlədi, daha sonra Azərbaycanın müstəqilliyini tanıdı. O vaxtlar belə bir informasiya yayılmışdı: İran İslam Respublikası Azərbaycan Respublikası adında dövlətin yaradılmasını xoş qarşılamır. Yəni Azərbaycan adına görə tərəddüd edib. Bütün dünya Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra, Azərbaycanı tanımağa vadar oldu.

İranla Rusiya arasında Orta Şərqdə, xüsusilə Suriyada əməkdaşlıq var. Hər iki ölkə taktiki səviyyədə müttəfiq sayıla bilər. Bu səbəbdən, İran Rusiya ilə münasibətə xüsusi önəm verir. Amerika Birləşmiş Ştatlarının təzyiqlərinin artdığı dönəmdə Rusiya ilə tərəfdaşlığın gücləndirilməsi İran üçün önəmlidir. O baxımdan, Rusiya silah daşımaq üçün İrana ərazisindən istifadə etməsiylə bağlı müraciət edirsə, İran bu cür münasibətlərə isti cavab verir.

Eyni zamanda, burda İran Ermənistan münasibətlərinin yaxınlığı da önəmli rol oynayır. Hazırda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi də İranı narahat edən faktorlardan biridir. İran özünün şimal sərhədlərində Türkiyənin mövqelərinin möhkəmləndirilməsini istəmir. Xüsusilə də, Azərbaycanda Türkiyənin hərbi cəhətdən mövcudluğu İranı narahat edir.

Digər tərəfdən, Azərbaycan-İsrail əməkdaşlığı da İranda İranda hər zaman narahatlıq və etirazla qarşılanıb. Bütün sadaladığımız səbəblər toplusu İranın istər Azərbaycana, istərsə də Ermənistana münasibətində rol oynayan əsas amillərdir”.
скачать dle 12.1