Bia.Az

Erməni əsgərlər qaçmasın deyə posta zəncirləniblər - Video

Siyasət
 3-10-2020, 14:25     409

Ermənistan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbçilərin postlarını ataraq qaçmasının qarşısını almaq üçün radikal addımlar atıb.

BİA.az BAKU.WS-a istinadla xəbər verir ki, “Caliber” “YouTube” kanalı bunu əks etdirən videogörüntüləri paylaşıb. Belə ki, işğalçı ordunun əsgərləri postlarına ayaqlarından zəncirləniblər.
Görüntülər Azərbaycan Ordusu tərəfindən azad edilən torpaqlarda olan erməni postlarında çəkilib. Erməni komandanlıq əsgərləri postlarda saxlamaq üçün onları daşa-divara bağlayır. 
Qeyd edək ki, “Caliber” “YouTube” kanalı həm Cənubi Qafqaz regionuna vurğu etməklə hərbi-siyasi və hərbi-texniki mövzularla maraqlanan geniş izləyici kütləsi, həm də bu sahədəki ekspert və mütəxəssislər üçün nəzərdə tutulub.

Açar sözlər

скачать dle 12.1