Bia.Az

“İnformasiya savaşında da hücuma keçməliyik” - Politoloq

Siyasət
 2-10-2020, 18:01     321

Ermənistan prezidenti Armen Sarkisyan “Əl Cəzirə” telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib. O vurğulayıb ki, həmin muzdlular etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur, Ermənistan müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edir. Onun sözlərinə görə, bu ermənilər ABŞ, Fransa, Ukrayna və Rusiyadan ola bilərlər. Bu fikirləri ilə Armen Sarkisyan Ermənistanın hərbi potensialının zəif olduğunu, orduda şəxsi heyət çatışmazlığını, başqa ölkələrdən muzdluların, həmçinin terrorçuların hərbiyə cəlb edildiyini açıq şəkildə etiraf edib.

Maraqlıdır, A.Sarkisyanın bu etirafından sonra Ermənistan beynəlxalq təzyiqlərə məruz qala bilərmi?
"Biz öz torpaqlarımızı azad edirik və edəcəyik"

Məsələ ilə bağlı Yenisabah.az-a danışan politoloq Fikrət Sadıxov qeyd edib ki, Ermənistan prezidentinin belə bir şeyi etiraf etməsi faktiki olaraq onun terrorçuluğu dəstəklədiyini göstərir:

“Deməli, muzdlular gəlib erməni vətəndaşlarının əvəzinə vuruşmalıdır. Bu çox maraqlı bir məntiqdir. Halbuki, onlar buraya (red. Azərbaycana) guya Suriyadan terrorçuların gəlməsi barədə saxta məlumatı eşidəndə böyük hay-küy qoparırdılar. Təbii olaraq ermən rəsmisinin məntiqini qəbul etmək mümkün deyil. Çünki belə bir etirafı birbaşa dövlət başçıları səsləndirib. Birmənalı şəkildə başqa bir dövlətin vətəndaşı Dağlıq Qarabağın ərazisində vuruşa bilməz. Söhbət Azərbaycanın torpaqlarından gedir. Biz öz torpaqlarımızı azad edirik və edəcəyik. Bizə nə muzdlu, nə terrorçu, nə də digər regiondan gələn ölkə vətəndaş lazım deyil. Görünür, Ermənistanda vəziyyət o qədər gərgindir ki, onlar bütün məqamlara əl atırlar. İlkin məlumata görə, onlar qadınları da müharibəyə cəlb etmək istəyirlər və edirlər. Bütün vasitələrdən istifadə etmək istəyirlər. Fikrimcə, bunu dünya ictimaiyyətinə çatdırmaq lazımdır”.
"Bu, açıq şəkildə Cenevrə konvensiyasına zərbədir"
Politoloq vurğulayıb ki, Ermənistan prezidentinin dediklərini dünyanın eşitməsi üçün biz informasiya sahəsində daha çox hücumedici addımlar atmalıyıq: “İnformasiya savaşında da hücuma keçməliyik. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlərin siyasətçiləri də bu informasiyaları eşidib başa düşməlidirlər ki, ermənilərin real siyasəti budur.  Biz onu müəyyən beynəlxalq təşkilatlar tərəfindən qabardıb hansısa bir gündəliyə çıxara bilərik. Çünki bu, açıq şəkildə Cenevrə konvensiyasına zərbədir. Bunu əgər normal düşüncəli siyasətçi başa düşürsə, onlara təzyiq etmək olar. Lakin belə mürəkkəb şəraitdə əsas aparıcı qüvvəyə üç dövlət sahibir: Rusiya, ABŞ, Fransa. Onlar Ermənistanı dəstəkləməsələr də neytral mövqedə dayanıblar və bizi sülhə çağırırlar, masa arxasına əyləşdirmək istəyirlər. Ona görə də belə şəraitdə bu çətin məsələdir. Amma biz buna nail olmaq üçün əlimizdən gələni etməliyik”.скачать dle 12.1